BAMF Hidayət Orucovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ

BAMF Hidayət Orucovun vəfatı ilə bağlı <span class="text-danger">BAŞSAĞLIĞI VERDİ</span>

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov 82 yaşında dünyasını dəyişib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından Hidayət Orucovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verilib.

Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev EDnews-a açıqlamasında bildirib.  

Başsağlığında qeyd olunub:  

"Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş görkəmli dövlət xadimi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun vəfat xəbəri bizi kədərləndirdi. 

Hələ müstəqillik illərində respublikanın dövlət idarəçiliyində mühüm postlar tutan Hidayət Orucov, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. Daha sonra ölkəmizi xaricdə ləyaqətlə təmsil edərək Azərbaycanın Qırğızıstandakı fövqəladə səfiri (2012–2021) missiyasını həyata keçirib.

Onun povestləri və dram əsərləri Azərbaycan teatrının səhnəsində uğurla nümayiş etdirilib. Dövlət qarşısındakı xidmətlərinə görə o, Azərbaycanın “Şöhrət”,  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və digər ali dövlət mükafatları ilə təltif olunmuşdu.

Sənətkar, uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərərək, Qərbi Azərbaycandakı soydaşlarımızın mədəni simvoluna çevrilib. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə İrəvan teatrının 100 illik yubileyinin Moskvada və Bakıda yüksək səviyyədə qeyd olunmasının əsas təşkilatçısı olub.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib.

O, həmçinin poeziya, nəsr, publisistika və tərcümə sahələrində fəaliyyət göstərərək 60-dan artıq kitabın müəllifi olub.

Hidayət Orucov millət fədaisi, prinsipial dövlət xadimi və bənzərsiz söz ustadı, incə ruhlu şair, dərin təfəkkürlü nasir və cəsarətli dramaturq idi. "Məni rüzgarlar çağırır", "Səni axtarıram", "Kəklikotu", "Məhəbbət qocalmır", "Zirvə", "Hər günün hökmü" kimi onlarla şeir, povest, esse və publisistik məqalələr kitabının müəllifidir. Onun yüksək bədii sənətkarlıqla qələmə aldığı əsərləri ingilis, rus, fransız, qırğız, tacik, gürcü, ərəb başda olmaqla 30-dan çox xalqın dilinə tərcümə edilərək geniş oxucu kütləsi qazanıb. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtarış», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanıb. 

Dramaturgiya sahəsində isə onun "Buraxılış gecəsi", "Məhəmməd Əmin Rəsulzadə", "Durnalar qayıdanda" kimi pyesləri Bakı Dövlət Akademik Milli Dram Teatrı ilə yanaşı, İrəvan, Daşkənd, Bişkek və digər xarici ölkələrin dövlət teatrlarında uğurla tamaşaya qoyulub.

Onun vəfatı həmkarları, dostları, hər kəs üçün böyük itkidir. Dərin hüznlə bu ağır itkinin kədərini bölüşür, mərhumun doğmalarına, yaxınlarına və bu itkini yaşayan hər kəsə səmimi başsağlığı veririk. 

Hidayət Orucov qoyub getdiyi nəhəng dövlətçilik təcrübəsi, diplomatik uğurları ilə Azərbaycan xalqının qəlbində və yaddaşında əbədi olaraq yaşayacaq". 

Dərin hüznlə,

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Xəbər xətti

NBA-nın finalından sonra baş verən iğtişaşlarda polislər yaralanıb
22:05
Trampla prezidentliyə namizədliyimi danışmamışıq - Vens
21:50
Tramp G7-də miqrasiya ilə bağlı Britaniya və Avropanı tənqid edəcək
21:25
Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirəcək
21:00
ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq - Tramp
20:50
Tramp Putinə zəng etdi - NƏ BAŞ VERİR?
20:21
"Formula-1" Qran-prisinin qalibi bəlli olub
20:11
Ben Blək ABŞ-Azərbaycan münasibətlərindən danışıb
19:30
Paytaxtda yanğın olub
19:20
Ermənistandakı parlament seçkilərinin nəticələri açıqlandı
18:58
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
18:38
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
18:28
“15 İyun Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən tarixi dönüş nöqtəsi oldu” - MİLLƏT VƏKİLİ
17:48
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşüb
17:28
Bu iki ölkə milliləri mübarizəyə başlayır
16:45
İsrail dron hücumlarına cavab verib
16:25
ABŞ-İran arasında anlaşma memarandumu imzalanacaq
15:45
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
15:25
Qəbul imtahanı cavablarının açıqlanacağı vaxt BƏLLİ OLDU - YENİLƏNİB
15:11
Moskvanın müharibə xərcləri rekord həddə çatıb
14:53
Livanın cənubunda gərginlik: 29 qəsəbə üçün təxliyə çağırışı
14:35
“Nyu York Niks”in çempionluğu Nyu-Yorkda qarışıqlıqla qeyd olundu - VİDEO
14:20
“Neftçi”nin qapıçısı xarici klubların hədəfində
14:06
"AZAL"-dan Naxçıvan reysləri ilə bağlı açıqlama
13:50
Avtomobil yollarında hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
13:37
Rusiyada yanacaq anbarları vuruldu
13:26
Türkiyədə məğlubiyyət məyusluğu: Montella oyundan danışdı
12:58
"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - Millət vəkili
12:37
80 yaşlı Tramp ABŞ tarixində REKORDA İMZA ATDI – BAYDENİ GERİDƏ QOYDU
12:28
Ermənistanda müxalifətin seçki şikayəti rədd edildi
12:25
İngilis Kanalında Rusiyaya bağlı tanker saxlanıldı
11:58
Ağdamda mağazaya ildırım düşdü: YANĞIN BAŞ VERDİ
11:50
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını ÖLDÜRDÜ
11:39
Türkiyə millisi DÇ-2026-ya məğlubiyyətlə başladı
11:15
İsrail səfirliyindən "Hizbullah"-la bağlı SƏRT BƏYANAT
10:53
BAMF Hidayət Orucovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
10:00
İcazəsiz uçuş OLMAYACAQ – avtonom dronlar üçün yeni tələblər
07:43
Mərakeş millisinin baş məşqçisi: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA..."
07:30
Fukuşimada ikinci dayanma: 7800 ton suyun buraxılması yenidən başladı
06:31
30 dəqiqəyə silindi: Trampın adı məşhur mərkəzin fasadından çıxarıldı
06:07
DÇ-2026: Haiti - Şotlandiya oyununda hesab açılıb - YENİLƏNİR-2
05:47
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
05:44
ABŞ parçalanır? – Bir neçə ştatda ayrılmaq çağırışları gücləndi
05:36
İranda aksiyalar başladı - Əraqçinin istefası tələb edilir
05:32
ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib
05:10
Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq
05:05
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
04:50
Braziliya Mərakeşi məğlub edə bilmədi
02:53
Haitidə yüksək vəzifəli məmur oğurlandı
01:33
İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV
01:28
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
00:46
DÇ-2026: Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
00:35
Meksikada SİLAHLI HÜCUM : Mer öz evində qətlə yetirildi
00:27
Məzunlar “Son zəng”i təhlükəsiz qeyd etdi : DİN-dən AÇIQLAMA
00:18
Trampın İran açıqlaması İsraildə REZONANS YARATDI – Netanyahu İCLAS KEÇİRİR
00:09
14.06.2026
Tramp ilə Makronun görüşəcəyi yer və məkan bəlli olub
23:48
Hidayət Orucov vəfat etdi
23:38
DÇ-2026: Qətər - İsveçrə oyunu start götürüb
23:19
Kirən kəndində qəza baş verib - Ölən var
22:56
"YouTube"da 500 milyon abunəçisi olan ilk bloger o oldu
22:36
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR