"Neftçi”nin qapıçısı Rza Cəfərov karyerasını xaricdə davam etdirə bilər.
EDnews xəbər verir ki, bu barədə Offsideplus.az məlumat yayıb.
Məlumata görə, Azərbaycan millisinin gənc qolkiperinə ən ciddi maraq göstərən klub Sloveniyanın “Maribor” komandasıdır. Sloveniya təmsilçisi bu transferi artıq yay transfer pəncərəsində reallaşdırmaq niyyətindədir.
Bundan əlavə, Rza Cəfərov Rumıniyanın “Dinamo” Buxarest, İranın “Traktor” və Finlandiyanın HİK klublarının da transfer siyahısında yer alır.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun da gənc qapıçıya şans vermək istədiyi bildirilir. Bu səbəbdən Cəfərovun hansı qərarı verəcəyi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Rza Cəfərovun “Neftçi” ilə müqaviləsi 2026/2027 mövsümünün sonunadək qüvvədədir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Qəbələ”də keçirib.







