ABŞ-dəki İsrail səfirliyi Livan xalqına müraciət edərək ölkənin gələcəyinin xarici paytaxtlarda deyil, Beyrutda müəyyən olunmalı olduğunu bildirib.
EDnews xəbər verir ki, səfirlik bu barədə “X” hesabında paylaşım edib.
Paylaşımda "Hizbullah"-ın fəaliyyəti sərt tənqid olunub. Bildirilib ki, təşkilat uzun illər ərzində Livanı ölkənin və xalqın maraqlarına xidmət etməyən münaqişələrə cəlb edib.
İsrail tərəfinin bəyanatında qeyd olunub ki, Hizbullah İranın regional gündəmini Livanın milli maraqlarından üstün tutub.
Səfirlik daha güclü, sabit və rifahlı Livanın formalaşması üçün ölkənin gələcəyinin Livan xalqı tərəfindən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
“Daha güclü və daha firavan Livan yalnız gələcəyi Tehranda deyil, Beyrutda müəyyən edildiyi zaman mümkündür”, — deyə paylaşımda bildirilib.








