Bu gün saat 10:00-15:00 radələrində Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Noyemberyan icmasının Baqrataşen qəsəbəsində “hava həyəcanı” siqnalı çalınacaq.
EDnews xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, burada həyəcan siqnalı zamanı əhalinin məlumatlandırılması, təxliyəsinin təşkili və dərhal sığınacaqlara yerləşdirilməsi mövzusunda təlim keçiriləcək.
Nazirlik sözügedən vəziyyətlə bağlı əhalini təşvişə düşməməyə çağırıb və bunun ənənəvi təlim olduğunu bildirib.







