Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta müharibəyə son qoyacaq ABŞ-İran sazişini alqışlayıb.
EDnews xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Kosta bildirib ki, birlik “dayanıqlı sülh” strategiyasına töhfə verməyə hazırdır:
“Aİ Şurasının Prezidenti olaraq mən bu "bahalı müharibə"nin başa çatmasını və Hörmüz boğazının tam açılmasını səbirsizliklə gözləyirəm. O silahlar artıq susmalıdır və mövcud fikir ayrılıqları beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll edilməlidir”.








