Köçəryan Azərbaycana TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI

Köçəryan Azərbaycana <span class="text-danger">TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI</span>

Xəbər verdiyimiz kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkədən çıxmasının qarşısı alınıb. Zvartnots hava limanındakı hüquq-mühafizə orqanlarının əməkdaşları onun Ermənistan ərazisini tərk etməsinə icazə verməyiblər.

Politoloq Rəşad Bayramov EDnews-a açıqlamasında bildirib ki, Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulacağı əvvəlcədən də məlum idi.

Onun sözlərinə görə, Nikol Paşinyan istər seçkiqabağı çıxışlarında, istərsə də seçkilərdən sonra Qaqik Sarukyan, Robert Köçəryan və Samvel Karapetyanla bağlı cinayət işlərinə başlanacağını açıqlamışdı.

Politoloqun fikrincə, Ermənistanda müxalifətin seçki nəticələri ilə bağlı kütləvi etiraz çağırışları etməsi və bu aksiyaların iğtişaşlara çevrilmə ehtimalı hakimiyyətin daha sərt addımlar atmasına səbəb olub. 

Rəşad Bayramov qeyd edib ki, Sarukyan və Köçəryan həmin dövrdə ölkədən kənarda olmaqla özlərini mümkün siyasi risklərdən sığortalamağa çalışırdılar. Lakin bu plan baş tutmayıb. Əvvəl Sarukyan, daha sonra isə Köçəryan hava limanında saxlanılıb.

Politoloq Köçəryanın Azərbaycana təhvil verilməsi ehtimalına toxunaraq bildirib ki, bu məsələ yalnız iki ölkə arasındakı münasibətlərlə deyil, həm də beynəlxalq hüquq prinsipləri, ekstradisiya prosedurları və keçmiş yüksək vəzifəli şəxslərin hüquqi məsuliyyəti ilə bağlıdır.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində Robert Köçəryan ilk növbədə Xocalı faciəsinə görə məsuliyyət daşıyan siyasi və hərbi fiqurlardan biri kimi qəbul olunur və Azərbaycan tərəfi uzun illərdir məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavab verməsinin vacibliyini vurğulayır.

Rəşad Bayramov hesab edir ki, hüquqi baxımdan ekstradisiya prosesinin həyata keçirilməsi təkcə hüquqi əsaslarla deyil, eyni zamanda siyasi iradə ilə müəyyən olunur.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi nəzəri olaraq təhvil verilmə ilə bağlı müraciət edə bilər. Bununla belə, ekstradisiya tələbinin təmin olunması saxlanılmanın baş verdiyi ölkənin qanunvericiliyi, beynəlxalq öhdəlikləri və məhkəmə qərarlarından asılı olacaq.

Ekspert əlavə edib ki, Köçəryan Ermənistanda müharibə cinayətləri ilə bağlı saxlanılmayıb, onun ölkədən çıxışına qoyulan məhdudiyyət də bununla əlaqəli deyil.

Sonda Rəşad Bayramov bildirib ki, məsələ hüquqi prosedur olmaqla yanaşı diplomatik münasibətlər kontekstində də qiymətləndiriləcək və hazırkı şəraitdə belə bir ssenarinin reallaşması olduqca çətin görünür.

 

Xəbər xətti

Ağdamda çoban çobanı güllələdi: Ölən var
16:21
Bakıda tarixi bina sökülüb? - RƏSMİ AÇIQLAMA
16:11
Zelenski Putinə GÖRÜŞ TƏKLİF ETDİ
16:00
Şuşadan yüksələn qardaşlıq salnaməsi: Müttəfiqliyin 5 ili
15:55
Dünya liderləri Fransada toplaşır: G7 sammitində əsas mövzular açıqlandı
15:34
Bu ölkədə seçkilər zamanı internet söndürüləcək
15:24
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib
15:14
“Ermənilərlə düşmənçilik sonsuz davam edə bilməz” – Xalq artisti
14:59
Brilliant Dadaşova: “Toylarımızda “Vağzalı” sıradan çıxır”
14:46
Köçəryan Azərbaycana TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI
14:16
Trampdan İrana Xəbərdarlıq
13:56
“Cənubi Qafqaz real sülhə heç vaxt bu qədər yaxın olmayıb”
13:41
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
13:31
Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək
13:21
ABŞ–İran razılaşması UZUNÖMÜRLÜ OLMAYACAQ- ŞOK AÇIQLAMA
13:00
Sabah havanın temperaturu yüksələcək
12:56
Pakistan ABŞ-İran razılaşmasına ev sahibliyi edəcək
12:46
Rusiyanın Kiyevə hücumunda tarixi MONASTIR YANDI
12:27
Zelenskidən ÇAĞIRIŞ: “Ukraynaya daha çox hava müdafiəsi lazımdır”
12:20
ABŞ-də faciəvi qəza: HƏLAK OLANLAR VAR
12:15
Böyük Britaniya uşaqlar üçün sosial mediaya çıxışı qadağan edir
12:09
“15 iyun Azərbaycanın dövlətçilik tarixinə gələcəyin rəmzi kimi yazılıb” - MİLLƏT VƏKİLİ
11:59
Azərbaycan XİN-dən ABŞ və İran razılaşmasına münasibət
11:55
SON DƏQİQƏ! Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - Qızı xaricdən gəldi...
11:43
İsrail İranla razılaşmaya baxmayaraq Livandan çəkilmir
11:20
Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib: ölən və yaralananlar var
11:12
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək
11:00
Bloqerin bacısı avtoqəzada həlak olub
10:57
Neft qiymətləri KƏSKİN UCUZLAŞDI
10:50
Şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
10:41
Tehran: “ABŞ üzərində qələbə qazandıq”
10:35
Aİ ABŞ-İran sazişinə münasibət bildirib
10:29
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsi ilə bağlı paylaşım edib
10:26
Ağır qəza: Bir ailə xəstəxanalıq oldu
10:20
Pakistan Prezidenti ABŞ və İran razılaşmasına münasibət bildirib
10:16
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
10:06
Rıbinskdə sənaye obyektində YANĞIN DAVAM EDIR / VİDEO
09:58
Avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
09:55
Türkiyə səfirliyi Azərbaycana təbrik
09:49
Prezident: Bakı regionda sülh və sabitliyin möhkəmlənməsinə sadiqdir
09:39
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
09:30
Başı stadionun dəmirləri arasında qalan uşaq xilas edildi - Video
09:15
Məleykə Əsədova: “Gecə saat 1-də zəng edib dedilər ki, Heydər Əliyev… ” - MÜSAHİBƏ - VİDEO
09:04
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
08:56
Bürcləri bu gün NƏ GÖZLƏYİR? – Karyera, sevgi və pul mesajları
08:12
Hörmüz boğazı BU TARİXDƏN ETİBARƏN TAM AÇILACAQ
07:43
BMT-nin Baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır
07:28
Son 3 ayın ƏN AŞAĞI GÖSTƏRİCİSİ- “Brent” neftin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI
07:13
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
06:34
Konqoda Eboladan ölənlərin sayı HƏR GÜN ARTIR
05:28
"Müharibəyə son qoya bilər” – ABŞ-dan İranla bağlı iddialı açıqlama
05:23
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
03:45
Braziliyada helikopterlərin toqquşması nəticəsində bir musiqiçi və bloqçu həlak olub
02:44
Kiyevə intensiv hava hücumları edilir
02:38
Tramp Netanyahunun ABŞ-İran sazişinin şərtlərindən məmnun olduğunu bildirib
02:33
ABŞ-İran razılaşmasının detalları açıqlandı
02:29
Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib
02:20
Cenevrədə toqquşmalar: Polis gözyaşardıcı qazdan istifadə edib
02:17
Azərbaycanla sərhəddə “həyəcan siqnalı” ÇALINACAQ
02:09
İranın bütün nüvə yanacağı nəzarətimizdə olacaq - Heqset
02:06
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR