Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
EDnews xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar çərçivəsində Rusiyadan olan 80-dən çox fiziki şəxs və təşkilat “qara siyahı”ya daxil edilib.
TASS-ın məlumatına görə, məhdudlaşdırıcı tədbirlər Rusiyaya qarşı sanksiya rejiminin genişləndirilməsi çərçivəsində qəbul olunub.
Avropa İttifaqı daha əvvəl də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Moskvanın hərbi-sənaye kompleksi, maliyyə sektoru, enerji gəlirləri və sanksiyalardan yayınma mexanizmlərinə qarşı bir sıra məhdudiyyətlər tətbiq edib.
Aİ Şurasının məlumatına əsasən, hazırda Rusiyaya qarşı sanksiyalar siyahısında ümumilikdə 2700-dən çox fiziki və hüquqi şəxs yer alır.
Qeyd edək ki, Aİ rəsmiləri iyun ayında hazırlanmış yeni sanksiya paketinin Rusiyanın hərbi-sənaye kompleksi, insan hüquqları pozuntularında iştirak edən şəxslər və təbliğatçılara yönəldiyini bildiriblər.
Aytac Kərimova | EDnews







