"Vaşinqtonla memorandum imzalandıqdan sonra Tehran heç bir maneə olmadan neft və neft-kimya məhsullarını satmalıdır".
EDnews xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
"ABŞ prezidenti Donald Tramp və İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bazar günü 19 iyunda İsveçrədə imzalanması planlaşdırılan anlaşma memorandumu üzərində işi başa çatdırdıqlarını təsdiqləyiblər. Memorandum imzalanan kimi İran neft və neft-kimya məhsullarını satmaq imkanına malik olmalıdır", - deyə o, brifinq zamanı bildirib.







