Dünya liderləri Fransada toplaşır: G7 sammitində əsas mövzular açıqlandı

Dünya liderləri Fransada toplaşır: <span class="text-danger">G7 sammitində əsas mövzular açıqlandı</span>

Dünya liderləri "Yeddilik Qrupu" - G7 sammitində iştirak etmək üçün Fransanın Evian şəhərinə gəlirlər.

EDnews xəbər verir ki, üç günlük sammit Yaxın Şərqdə mühüm diplomatik proseslərin fonunda keçiriləcək.

Belə ki, ABŞ və İran arasında danışıqlar üçün 60 günlük pəncərə açan çərçivə razılaşmasının əldə olunduğu bildirilir.

ABŞ Prezidenti Donald Trampın bazar ertəsi G7 ölkələrinin - Fransa, Kanada, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri ilə danışıqlar aparmaq üçün sammitə qatılacağı gözlənilir.

Tədbirdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta da iştirak edəcəklər.

Sammitə G7 ölkələrindən kənar bir sıra liderlər də dəvət olunub. Onlar arasında Ukrayna Prezidenti Volodimir Zelenski, Hindistanın Baş naziri Narendra Modi, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, həmçinin Cənubi Koreya, Keniya və Misir liderləri yer alır.

Bundan başqa, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın da tədbirdə iştirakı gözlənilir.

Sammit Fransa Prezidenti Emmanuel Makron üçün xüsusi əhəmiyyət daşıyır. Onun gələn il vəzifədən ayrılacağı, Fransa Konstitusiyasına əsasən isə ardıcıl üçüncü müddətə namizəd ola bilməyəcəyi nəzərə alınarsa, bu, Makronun Fransa Prezidenti kimi qatılacağı son G7 sammiti olacaq.

Tədbirlər bazar ertəsi Makron və Tramp arasında ikitərəfli görüşlə başlayacaq. Axşam saatlarında isə liderlər təşkilatçıların “əsas beynəlxalq çağırışlar” adlandırdığı mövzuya həsr olunmuş şam yeməyində bir araya gələcəklər.

Günün əvvəlində Ursula fon der Leyen və Antonio Koşta birgə mətbuat konfransı keçirəcəklər.

Çərşənbə axşamı sammitin əsas mövzusu beynəlxalq təhlükəsizlik olacaq. Liderlər Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün Zelenski ilə görüşəcək, sonra isə Körfəz ölkələrinin liderləri ilə birlikdə Yaxın Şərqdəki böhrana diqqət ayıracaqlar.

Sammitin son günündə iqtisadi artım və süni intellekt məsələləri gündəmdə olacaq.

Liderlərin "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altman da daxil olmaqla, süni intellekt sahəsinin aparıcı nümayəndələri ilə işgüzar naharda iştirak etməsi planlaşdırılır.

Makronun sammiti çərşənbə günü günortadan sonra keçirəcəyi mətbuat konfransı ilə yekunlaşdıracağı gözlənilir. Tramp da daxil olmaqla, digər liderlərin də mətbuat qarşısına çıxacağı bildirilir.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

ABŞ-dən İrana yeni mesaj: “Əlimizi uzadırıq”
18:30
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olundu
18:11
Tovuzda bir nəfər suvarma kanalında batıb
18:00
NATO-dan Rusiyaya xəbərdarlıq: “Hər qarış müdafiə olunacaq”
17:55
Yollarda görünüş məhdudlaşacaq
17:39
İran ABŞ ilə memorandum imzaladıqdan sonra neft məhsullarını sata biləcək?
17:25
"Kızılcık şerbeti"nin aktrisası vəfat etdi
17:05
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verdi
16:50
Ağdamda çoban çobanı güllələdi: Ölən var
16:21
Bakıda tarixi bina sökülüb? - RƏSMİ AÇIQLAMA
16:11
Zelenski Putinə GÖRÜŞ TƏKLİF ETDİ
16:00
Şuşadan yüksələn qardaşlıq salnaməsi: Müttəfiqliyin 5 ili
15:55
Dünya liderləri Fransada toplaşır: G7 sammitində əsas mövzular açıqlandı
15:34
Bu ölkədə seçkilər zamanı internet söndürüləcək
15:24
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib
15:14
“Ermənilərlə düşmənçilik sonsuz davam edə bilməz” – Xalq artisti
14:59
Brilliant Dadaşova: “Toylarımızda “Vağzalı” sıradan çıxır”
14:46
Köçəryan Azərbaycana TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI
14:16
Trampdan İrana Xəbərdarlıq
13:56
“Cənubi Qafqaz real sülhə heç vaxt bu qədər yaxın olmayıb”
13:41
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
13:31
Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək
13:21
ABŞ–İran razılaşması UZUNÖMÜRLÜ OLMAYACAQ- ŞOK AÇIQLAMA
13:00
Sabah havanın temperaturu yüksələcək
12:56
Pakistan ABŞ-İran razılaşmasına ev sahibliyi edəcək
12:46
Rusiyanın Kiyevə hücumunda tarixi MONASTIR YANDI
12:27
Zelenskidən ÇAĞIRIŞ: “Ukraynaya daha çox hava müdafiəsi lazımdır”
12:20
ABŞ-də faciəvi qəza: HƏLAK OLANLAR VAR
12:15
Böyük Britaniya uşaqlar üçün sosial mediaya çıxışı qadağan edir
12:09
“15 iyun Azərbaycanın dövlətçilik tarixinə gələcəyin rəmzi kimi yazılıb” - MİLLƏT VƏKİLİ
11:59
Azərbaycan XİN-dən ABŞ və İran razılaşmasına münasibət
11:55
SON DƏQİQƏ! Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - Qızı xaricdən gəldi...
11:43
İsrail İranla razılaşmaya baxmayaraq Livandan çəkilmir
11:20
Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib: ölən və yaralananlar var
11:12
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək
11:00
Bloqerin bacısı avtoqəzada həlak olub
10:57
Neft qiymətləri KƏSKİN UCUZLAŞDI
10:50
Şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
10:41
Tehran: “ABŞ üzərində qələbə qazandıq”
10:35
Aİ ABŞ-İran sazişinə münasibət bildirib
10:29
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsi ilə bağlı paylaşım edib
10:26
Ağır qəza: Bir ailə xəstəxanalıq oldu
10:20
Pakistan Prezidenti ABŞ və İran razılaşmasına münasibət bildirib
10:16
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
10:06
Rıbinskdə sənaye obyektində YANĞIN DAVAM EDIR / VİDEO
09:58
Avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
09:55
Türkiyə səfirliyi Azərbaycana təbrik
09:49
Prezident: Bakı regionda sülh və sabitliyin möhkəmlənməsinə sadiqdir
09:39
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
09:30
Başı stadionun dəmirləri arasında qalan uşaq xilas edildi - Video
09:15
Məleykə Əsədova: “Gecə saat 1-də zəng edib dedilər ki, Heydər Əliyev… ” - MÜSAHİBƏ - VİDEO
09:04
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
08:56
Bürcləri bu gün NƏ GÖZLƏYİR? – Karyera, sevgi və pul mesajları
08:12
Hörmüz boğazı BU TARİXDƏN ETİBARƏN TAM AÇILACAQ
07:43
BMT-nin Baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır
07:28
Son 3 ayın ƏN AŞAĞI GÖSTƏRİCİSİ- “Brent” neftin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI
07:13
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
06:34
Konqoda Eboladan ölənlərin sayı HƏR GÜN ARTIR
05:28
"Müharibəyə son qoya bilər” – ABŞ-dan İranla bağlı iddialı açıqlama
05:23
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
03:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR