ABŞ-nin Missuri ştatında paraşütlə tullanış etmək istəyən şəxsləri daşıyan kiçik təyyarə qəzaya uğrayıb.
EDnews xəbər verir ki, bu barədə Missuri Ştatı Yol Patrul Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Kanzas-Sitidən təxminən 100 kilometr cənubda yerləşən Butler Memorial Hava Limanı yaxınlığında baş verib. Yerli vaxtla saat 11:30 radələrində təyyarə tarlaya düşüb.
Məlumata görə, təyyarədə paraşütlə tullanış təşkilatı çərçivəsində uçuş edən şəxslər olub. Qəzadan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə briqadası cəlb edilib.
Rəsmilər təyyarədə olan 12 nəfərin hamısının həlak olduğunu açıqlayıblar.







