İrana qarşı sanksiyaların ləğvi üçün ölkənin davranışında dəyişiklik baş verməlidir.
EDnews xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
Sanksiyaların aradan qaldırılması ilə bağlı Avropa İttifaqının mövqeyi barədə sualı cavablandıran fon der Lyayen jurnalistlərə deyib: “Sanksiyalar prinsipinə görə, onların ləğvi barədə düşünməzdən əvvəl real vəziyyətdə konkret dəyişikliklər görməliyik. Əgər davranış etibarlı və yoxlanıla bilən şəkildə dəyişərsə, o zaman sanksiyalar aradan qaldırıla bilər”.
Fon der Lyayen qeyd edib ki, İrana qarşı tətbiq olunan sanksiyalar insan hüquqlarının pozulması və kütləvi qırğın silahları ilə bağlı məsələləri əhatə edir.







