Fransa və Böyük Britaniya Hörmüz boğazının yenidən açılması səylərinə rəhbərlik edəcək.
EDnews xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla birgə çıxışı zamanı bildirib.
Makronun sözlərinə görə, dəniz və hərbi-dəniz əməliyyatlarını əhatə edəcək təşəbbüsdə təxminən 20 ölkə iştirak edəcək.
O, Fransanın bu istiqamətdə dəstəyini davam etdirməyə sadiq qaldığını vurğulayıb.
Fransa lideri qeyd edib ki, məqsəd beynəlxalq ticarət və enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsiz və maneəsiz naviqasiyanı təmin etməkdir.
Qeyd edək ki, Fransa və Böyük Britaniya müharibənin əvvəlki mərhələlərində ABŞ Prezidenti Donald Trampın bölgəyə hərbi qüvvə göndərilməsi ilə bağlı müraciətlərini qəbul etməyib.







