İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizlik siyasəti və İranla bağlı mövqeyinə dair açıqlamalar verib.
EDnews xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-İran sazişindən sonra keçirdiyi mətbuat konfransında söyləyib.
Netanyahu bildirib ki, əldə olunan razılaşmaya baxmayaraq, İsrailin qarşısında duran təhlükələr tam aradan qalxmayıb və mübarizə davam edir.
Baş nazir iddia edib ki, İranla bağlı həyata keçirilən əməliyyatlar nəticəsində İsrail ciddi təhlükənin qarşısını alıb:
“Biz səhv etməmişik və məqsədimizi müəyyənləşdirmişik: İsrail üçün ekzistensial nüvə təhlükəsini aradan qaldırmaqdır. Mübarizəmiz hələ bitməyib”, – deyə Netanyahu vurğulayıb.
O həmçinin bildirib ki, İsrail hökuməti ölkənin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da bütün zəruri addımları atmağa davam edəcək.







