İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib.
EDnews xəbər verir ki, bu barədə Netanyahu jurnalistlərə verdiyi açıqlamada bildirib.
O, qeyd edib ki, İsrailin əsas məqsədi ölkə üçün təhlükə hesab etdiyi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır:
“Biz səhv etməmişik və məqsədimizi müəyyənləşdirmişik: İsrail üçün ekzistensial nüvə təhlükəsini aradan qaldırmaqdır”, – deyə Baş nazir vurğulayıb.
Netanyahu qeyd edib ki, İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır.
O, həmçinin İsrailin təhlükəsizliyinin təmin edilməsinin hökumətin əsas prioritetlərindən biri olaraq qaldığını və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
.jpg)






