Avropa Komissiyası SAFE proqramı çərçivəsində Fransaya 15 milyard avro həcmində hərbi kredit ayıracaq.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.
Onun sözlərinə görə, çərşənbə günü Fransa ilə 15 milyard avroluq kredit sazişi imzalanacaq. Fon der Lyayen bildirib ki, güclü müdafiə sənayesi sayəsində Fransa Avropanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
O vurğulayıb ki, SAFE proqramı iştirakçı ölkələrin müdafiə imkanlarının artırılmasına, hərbi-sənaye potensialının gücləndirilməsinə və Ukraynaya dəstək göstərmək qabiliyyətinin genişləndirilməsinə xidmət edir.
.jpg)






