Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən “8-ci SDG Dialoqu: Yardım və ənənəvi ODA-dan kənarda davamlı inkişaf üçün innovativ maliyyələşdirmə” adlı panel müzakirəsi baş tutub.
EDnews xəbər verir ki, paneldə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev iqlim fəaliyyətinin strateji əhəmiyyət daşıdığını və gündəlikdə duran digər qlobal məqsədlərlə sıx bağlı olduğunu bildirib:
“2023-cü ildən etibarən Maliyyə Nazirliyi dayanıqlı inkişaf məqsədlərinin icrası üçün ayrılan xərcləri ayrıca təsnifləşdirməyə başlayıb. Bu isə Azərbaycan parlamentinin və bütövlükdə ölkənin beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə göstərdiyi diqqət və sadiqliyin nümunəsidir”, — deyə deputat qeyd edib.
M.Əfəndiyev diqqətə çatdırıb ki, Azərbaycanda 2024-cü il dövlət büdcəsində iqlim dəyişikliyi ilə bağlı xərclər ümumilikdə təxminən 1,5 milyard ABŞ dolları təşkil edib.
O əlavə edib ki, Maliyyə Nazirliyinin büdcə siyasəti üzrə təsnifatına əsasən, Azərbaycanda dövlət büdcəsi xərclərinin 50 faizdən çoxu dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına yönəldilib.
Aytac Kərimova







