ABŞ-də Ağ Evə qarşı partlayıcı dronla hücum planının qarşısı alınıb.
EDnews xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, Federal Təhqiqat Bürosu — FBI tərəfindən keçirilən əməliyyat nəticəsində Ağ Evə partlayıcı dronla hücumun qarşısı alınıb.
Hadisə ilə bağlı beş nəfərin saxlanıldığı bildirilir.
Saxlanılan şəxslərin hücum planında iştirakı və hadisənin digər detalları ilə bağlı araşdırmalar davam etdirilir.







