Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb.
EDnews xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.
Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Niderlandın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.







