UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah” – TNS cütünün məğlubunun Konfrans Liqasındakı potensial rəqibi bəlli olub.
EDnews xəbər verir ki, bu cütün məğlubu UEFA Konfrans Liqasında “Flora” (Estoniya) – “İberia” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Beləliklə, “Sabah” TNS səddini keçə bilməyəcəyi təqdirdə avrokuboklarda mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi TNS ilə üz-üzə gələcək.







