"Bu tədbir, dünyanın müxtəlif bölgələrindən gələn, İslam maliyyə investisiyaları ilə bağlı ortaq maraqları paylaşan insanlarla görüşmək üçün böyük fürsətdir".
Bu fikirləri Seneqal İslam Bankının (BIS) keçmiş rəhbəri və İslam maliyyəsi üzrə ekspert Boubacar Correa Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları barədə EDnews-a danışarkən bildirib.
O, qeyd edib ki, bu ilin əsas mövzusu regional inteqrasiyadır:
"Tədbir həm də eyni dəyərləri, inkişaf məqsədlərini və inkişaf mandatlarını bölüşən digər iştirakçılar və institutlarla tanış olmaq baxımından mühüm platformadır".
Aytac Kərimova | EDnews







