İran diplomatik kanallar vasitəsilə Ermənistana “Tramp marşrutu” ilə bağlı xəbərdarlıq edib.
EDnews xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Tehran İrəvana bildirib ki, dünən imzalanmış memorandum çərçivəsində ABŞ administrasiyasından İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Tramp marşrutu”nun həyata keçirilməsi detalları ilə bağlı aydınlıq əldə etməyə çalışacaq.
Erməni KİV-in iddiasına əsasən, İran təhlükəsizliyinə tam əmin olmayana qədər TRIPP layihəsinə razılıq vermək niyyətində deyil.
Bildirilib ki, Tehran İrəvana ABŞ-la İran arasında dialoqun davam edəcəyi yaxın 60 gün ərzində bu layihə üzrə ciddi addımlar atmamağı tövsiyə edib.







