ABŞ və İran cümə günü İsveçrədə ilkin danışıqlar aparacaq.
EDnews xəbər verir ki, bu barədə “Reuters” İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar İsveçrənin mərkəzi hissəsində yerləşən Bürgenstok kurortunda keçiriləcək.
İsveçrə tərəfi prosesdə vasitəçi deyil, görüşün keçirilməsi üçün diplomatik və praktiki şərait yaradan tərəf kimi çıxış edir.
Reuters-in məlumatına əsasən, danışıqlar ABŞ və İran arasında anlaşma memorandumu üzrə növbəti mərhələnin müzakirəsi fonunda baş tutacaq. Əsas diqqətin razılaşmada nəzərdə tutulan addımların icra ardıcıllığına yönələcəyi bildirilir.
Qeyd edək ki, tərəflər arasında müzakirələrin 60 günlük danışıqlar mərhələsinin başlanğıcı kimi qiymətləndirildiyi bildirilir.







