Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib.
EDnews xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət satmaqda ittiham olunur.
İddiaya əsasən, o, heyvanların satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
Bildirilir ki, çobanın bu əməli nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi, həmçinin ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.
Sahibkarın prokurorluğa müraciətindən sonra Nahid Təhməzov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi — xüsusilə külli miqdarda mənimsəmə ilə ittiham irəli sürülüb.
Təqsiri sübuta yetiriləcəyi halda, Nahid Təhməzovu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


.jpg)




