Özbəkistan Prezidenti Şavkat Mirziyoyev futbol üzrə 2026-cı il dünya çempionatının ilk turunda Kolumbiyaya məğlub olan milli komandanın çıxışını dəyərləndirib.
EDnews xəbər verir ki, bu barədə “Gazeta” məlumat yayıb.
Mirziyoyev bildirib ki, Kolumbiya ilə oyun Özbəkistan futbolu üçün tarixi hadisədir.
“Özbəkistan üçün bu, tarixi gündür. Barışmaz və çox gərgin oyunda futbolçularımız ilk dəfə dünya çempionatında çox təcrübəli komandaya qarşı güclü xarakter nümayiş etdirdilər. Bu, asan deyildi. Bu turnirdə vurduğumuz ilk qolu artıq qələbə hesab etmək olar”, — deyə Özbəkistan Prezidenti qeyd edib.
Qarşılaşma Meksikanın paytaxtı Mexikoda yerləşən “Azteka” stadionunda keçirilib və Kolumbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 40-cı dəqiqədə Luis Diasın ötürməsindən sonra Daniel Munyos açıb. 60-cı dəqiqədə Abbosbek Fayzullayev Özbəkistan millisinin dünya çempionatları tarixində ilk qolunu vuraraq hesabı bərabərləşdirib.
65-ci dəqiqədə Luis Dias Kolumbiyanı yenidən önə keçirib. 90+9-cu dəqiqədə isə Xaminton Kampas üçüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Özbəkistan millisinin yeganə qolunun müəllifi Abbosbek Fayzullayev Türkiyənin “Başakşehir” klubunda çıxış edir. O, daha əvvəl Moskva ÇSKA-sının da formasını geyinib.

.jpg)





