Azərbaycanda su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə növbəti aksiya keçirilib.
EDnews xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə nərəkimilər fəsiləsinə aid 50 min ədəd balıq körpəsi təbii mühitə buraxılıb.
Yaxın vaxtlarda daha 150 min ədəd balıq körpəsinin təbii su hövzələrinə buraxılması nəzərdə tutulur.
Ümumilikdə il ərzində Azərbaycanın su hövzələrinə çəkisi 2-10 qram arasında olan 500 min ədəd nərə cinsli balıq körpəsinin buraxılması planlaşdırılıb.
Proqram çərçivəsində ilkin mərhələdə 200 min ədəd balığın dövlət-özəl tərəfdaşlığı əsasında, 300 min ədəd balığın isə dövlətə məxsus “Xıllı Balıq” MMC-nin hesabına təbii su hövzələrinə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, 22 May — Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan 2 min balıq körpəsinin Xəzər dənizinə buraxılması ilə bu aksiyaya start verilib.







.jpg)


