Qazaxıstanda işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astanada keçirilən MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına qatılıb.
EDnews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Cənubi Qafqazda yaranmış hərbi-siyasi vəziyyətə toxunub.
Baş Qərargah rəisi bölgədə tarixi ədalətə əsaslanan yeni reallıqdan, eləcə də Avrasiya təhlükəsizliyi məsələlərindən danışıb.







