Ukrayna ordusu səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib.
EDnews xəbər verir ki, hücumdan sonra şəhərin bir neçə nöqtəsindən tüstü qalxdığı müşahidə olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Moskvanın müxtəlif ərazilərində tüstü və yanğın izləri görünür.
Hadisə ilə bağlı Rusiya tərəfinin rəsmi açıqlaması gözlənilir.
İlkin məlumata görə, hücum nəticəsində mümkün dağıntılar və xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.







