Birləşmiş Ərəb Əmirliklərində uşaqların sosial media istifadəsi ilə bağlı yeni qayda qüvvəyə minib.
EDnews xəbər verir ki, yeni düzenləmə 15 yaşdan kiçik şəxslərin sosial media platformalarından istifadəsini tamamilə qadağan edir.
Qərarın əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirmək, onları zərərli kontentdən, onlayn risklərdən və sosial medianın mənfi təsirlərindən qorumaqdır.
Yeni qayda çərçivəsində sosial media platformalarının yaş məhdudiyyətlərinə daha ciddi nəzarət etməsi və uşaqların platformalara girişinin qarşısını almaq üçün əlavə mexanizmlər tətbiq etməsi gözlənilir.
BƏƏ rəsmiləri hesab edirlər ki, bu addım uşaqların psixoloji sağlamlığının qorunmasına, onların internetdən daha təhlükəsiz istifadəsinə və ailələrin rəqəmsal nəzarət imkanlarının artırılmasına xidmət edəcək.

.jpg)





