Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə danışıb.
EDnews xəbər verir ki, dövlət başçısı bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır.
Dövlət başçısının sözlərinə görə, müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard dollardan artıq vəsait ayrılıb.
“Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır”, — deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma, infrastruktur və yaşayış layihələrinin icrası davam etdirilir.


.jpg)




