Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bir vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
EDnews xəbər verir ki, müraciətlə əlaqədar dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağı geyiminin zəncirbəndinə ilişib və o, təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa zəruri köməklik göstərib və yaranmış vəziyyəti aradan qaldırıblar.
Hadisə nəticəsində vətəndaş xilas edilərək təhlükədən uzaqlaşdırılıb.







