Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkin mərhələdədir.
EDnews xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının — IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı və Ümumdünya Hava Nəqliyyatı Sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
O, “Report”un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən qeyd edib ki, Mərkəzi Asiya ölkələrində aviasiya sektorunda hazırda sürətli artım müşahidə olunur.
Şvartsmanın sözlərinə görə, bu ölkələrdə hava nəqliyyatı bazarı genişlənir, sərnişin axını artır və yeni inkişaf imkanları yaranır.
Bununla belə, IATA rəsmisi Azərbaycanın aviasiya bazarının artıq daha yetkin və formalaşmış struktur nümayiş etdirdiyini vurğulayıb.







