"Paşinyanın qələbəsi qaçılmazdır" - POLİTOLOQ

"Paşinyanın qələbəsi qaçılmazdır"  - <span class="text-danger">POLİTOLOQ</span>

“Seçki kampaniyası başladıqdan sonra Ermənistanda keçirilən rəy sorğuları göstərirdi ki, seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qazanan siyasi qüvvə yenidən Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət olacaq. Sorğuların nəticələri də onun seçkilərin legitim nəticələri əsasında qalib gələcəyini göstərirdi”.

Bu fikirləri EDnews-a açıqlamasında politoloq Taleh Əliyev qeyd edib.

taleh_eliyev.jpg

O, bildirib ki, sorğunun nəticələrinin belə olmasının səbəblərindən biri ənənəvi müxalifətin reputasiyasının zəifləməsi, digər tərəfdən isə yeni müxalifət siması kimi təqdim olunan Samvel Karapetyanın yenidən müharibə ritorikası ilə çıxış etməsi idi:

“Müharibədən yorulmuş və məğlubiyyətin nəticələrini yaşayan erməni cəmiyyəti üçün bu cür şüarlar cəlbedici və səfərbəredici təsir bağışlamırdı. Buna görə də seçkilərdə yenidən Nikol Paşinyanın qələbə qazanacağı gözləniləndir. Lakin seçkilərdən sonra Cənubi Qafqazda özünün əsas dayaq nöqtələrindən birini itirmək təhlükəsi ilə üzləşən Rusiyanın nəticələrlə tam razılaşmaması ehtimalı da müzakirə olunur. Bu baxımdan müxtəlif ssenarilər mümkündür.

Bu ssenarilər arasında Nikol Paşinyana qarşı uğursuz olsa belə mümkün sui-qəsd cəhdləri, ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcək iğtişaşların təşkili və ya hansısa seçki məntəqəsində bilərəkdən saxtakarlıq görüntüsü yaradılaraq həmin materialların sosial şəbəkələr vasitəsilə geniş yayılması kimi variantlar göstərilir. Belə addımlar seçkilərin legitimliyini şübhə altına almaq və Ermənistan hakimiyyətinə, xüsusilə də Nikol Paşinyana təzyiq vasitəsi kimi istifadə oluna bilər”.

Politoloqun sözlərinə görə, Ermənistanda seçici fəallığının kifayət qədər yüksək olması seçkilərin baş tutduğunu deməyə əsas verir:
“Mövcud mənzərə fonunda seçkilərin nəticələrinə görə yenidən Nikol Paşinyanın qalib gəlməsi daha real görünür. Lakin seçkidən sonrakı proseslərlə bağlı qəti proqnoz vermək çətindir. Çünki bu seçkilərin nəticələri Rusiyanın Cənubi Qafqazdakı gələcək mövqeyinə birbaşa təsir göstərə bilər. Rusiya müxtəlif vasitələrlə seçkilərin üzərinə kölgə salmağa çalışaraq sonrakı mərhələdə Nikol Paşinyanla siyasi manevr imkanlarını qorumağa və regiondan tam çəkilməsi prosesini ləngitməyə cəhd göstərə bilər”.

Politoloq onu da əlavə edib ki, Rusiya bu siyasətdə uğur qazana bilməyəcək. Bu gün seçkiləri müşahidə edən Avropa qurumları, beynəlxalq müşahidə missiyaları və ekspertlərin ilkin qiymətləndirmələri Nikol Paşinyanın qələbəsini təsdiqləyə bilər. Bundan sonra isə Qərb liderlərinin ardıcıl təbrik mesajlarının şahidi olmaq mümkündür.

Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Aytac Kərimova | EDnews

Xəbər xətti

Tramp NBC-yə müsahibəni yarımçıq qoydu: “Siz saxtakar şəbəkəsiniz!”
21:29
Ermənistandakı seçkilərdə "exit-poll" nəticələri açıqlanıb
21:07
Partiya nümayəndəsi seçiciləri yönləndirdiyi üçün saxlanıldı
20:39
Zelenski Böyük Britaniyada səfərdədir
20:24
Ermənistanda parlament seçkilərində səsvermə başa çatdı
20:03
Tramp: "İranlılar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər"
20:00
Ermənistanda seçici fəallığı 48,92% təşkil edib
19:50
Ermənistan MSK-dan müxalifətin etirazına reaksiya
19:43
Tramp NBC aparıcısını təhqir edərək müahibəni tərk etdi - VİDEO
19:35
Sükutla danışan film Avropanı heyrətləndirdi - FOTO
19:25
İran Livan hücumlarına cavab verməyə hazırdı
19:08
İranda Təhlükəsizlik və Müdafiə Şurası toplanır - TƏCİLİ
18:51
"Paşinyanın qələbəsi qaçılmazdır" - POLİTOLOQ
18:40
Florentino Peres “Real Madrid” seçkilərində qalibiyyətə yaxınlaşır
18:30
Paşinyan: “Ermənistan bu gün Aİ üzvlüyünə hazır deyil”
18:17
Şamaxıda zəlzələ qeydə alındı
18:09
Paşinyan: “Rusiya ilə heç bir gərginlik görmürəm”
18:00
Ermənistan prezidenti parlament seçkilərində səs verdi
17:55
“Güclü Ermənistan” Partiyasının 100-ə yaxın tərəfdarı saxlanılıb
17:52
Zurabişvilidən Ermənistana seçki mesajı: “Biz səninləyik!”
17:35
Azərbaycan aviasiya bazarı Mərkəzi Asiyanı qabaqlayır
17:23
Rusiya Ermənistana xəbərdarlıq etdi: Aİ hərbi-siyasi ittifaqa çevrilib
17:14
Almaniyada siyasi balans dəyişir
16:57
Binəqədidə çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi
16:45
Gümrüdəki "Güclü Ermənistan" blokunun ofisində üç nəfər saxlanılıb
16:35
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan nazirlər görüşü keçiriləcək
16:00
Sarkisyandan Paşinyanın ordu açıqlamasına sərt reaksiya
15:45
ELDAR NAMAZOVDAN ŞOK AÇIQLAMA - “Koçaryanın SEÇİLMƏK TƏKLÜKƏSİ ÇOXDUR, ÇÜNKİ…”
15:30
Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananlarla bağlı YENİ MƏLUMAT YAYILDI
15:25
Ermənistandakı seçkilərdə iştirak faizi 33%-dən çoxdur
15:20
"Ermənistandakı seçkilərdə o qalib gələcək" - Millət vəkili
14:48
Simonyan: "Qanun pozuntularına qarşı sərt tədbirlər görülür”
14:40
Ermənistandakı seçkilərdə 53 qayda pozuntusu qeydə alınıb
14:37
Köçəryan yenə Kremlin dili ilə danışdı: Rusiya xəttini müdafiə etdi
14:30
Ermənistan MSK Azərbaycandan girişləri bloklayıb?
14:15
I və IV ixtisas qrupları üzrə imtahan keçirilib - 10 nəfərdə telefon aşkarlanıb
14:01
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:40
Kie Starmer Zelenski, Makron və Mertsi Londonda bir araya gətirəcək
13:20
Mirzoyan seçkilərdə iştirak üçün yeni təklif irəli sürdü
13:05
Ermənistanda seçici fəallığı 2021-ci il seçkiləri ilə müqayisədə artıb
12:55
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb | VİDEO
12:44
59 yaşlı kişi ağacdan yıxılaraq öldü
12:39
Ermənistanda müxalifət yenə “türklər”lə qorxudur: Seçici siyahısı ilə bağlı saxta iddia
12:25
Ev dustaqlığında olan Samvel Karapetyan səsvermədə iştirak edib
12:00
Mbappe Fransa millisinin məşqini tərk etdi
11:55
Paşinyan: Ermənistan hələlik Aİ-yə namizəd statusu almağa hazır deyil
11:35
Ermənistanda seçki komissiyasının üzvləri seçkilərdən əvvəl saxlanılıb
11:25
ABŞ 60 ildən sonra ilk dəfə hərbçiləri edam edə bilər
11:20
Paşinyan Bakıya gələcək? - Özü açıqladı
11:07
Nikol Paşinyan: "Ermənistanı AİB-dən kənarlaşdıra bilməzlər"
11:02
Bütün ermənilərin katolikosu II Qaregin seçki məntəqəsində səs verib
10:58
Paşinyan Rusiya ilə gərginlikdən danışdı
10:33
ABŞ İran aktivlərini Körfəz müttəfiqlərinə təhvil verə bilər
10:25
Paşinyan parlament seçkilərində SƏS VERDİ / VİDEO
10:10
Ermənistan MSK-nın sədri: "Seçki prosesində texniki problemlər ortaya çıxır"
10:06
Pentaqondan İsrail casusları ilə bağlı xəbərdarlıq: ABŞ rəsmiləri izlənilir?
09:55
Ermənistanda parlament seçkiləri keçirilir
09:45
Birjalarda neftin son qiymətləri açıqlanıb
09:40
Qızıl və gümüşün qiyməti azalıb
09:15
"Qarşımıza çıxan hər kəsi MƏĞLUB EDƏCƏYİK!" BAŞ MƏŞQÇİDƏN İDDİALI AÇIQLAMA
01:19
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR