Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ermənistanda keçirilən seçkilərlə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, eks-prezident Ermənistan xalqına dəstəyini ifadə edərək seçkilərin ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Zurabişvili qeyd edib ki, Ermənistanın hazırkı seçimi təkcə daxili siyasi proses deyil, həm də ölkənin demokratik və Avropa yönümlü gələcəyini müəyyən edən əsas mərhələdir.
“Ermənistan, sənin mübarizən bizim mübarizəmizdir, bu seçkilər sənin demokratik Avropa gələcəyini müəyyən edəcək. Biz səninləyik!” — deyə Salome Zurabişvili bildirib.


.jpg)




