“Real Madrid” klubunda prezident seçkiləri üzrə ilkin nəticələr məlum olub.
EDnews xəbər verir ki, bu barədə İspaniyanın COPE radiosu məlumat yayıb.
Məlumata əsasən, hazırkı prezident Florentino Peres seçkilərdə böyük üstünlük əldə edib. İlkin nəticələrə görə, Peres səslərin 68,6 faizini toplayıb.
Onun rəqibi Enrique Riquelme isə 31,4 faiz səs qazanıb.
Qeyd edək ki, “Real Madrid”də prezident seçkilərində əsas mübarizə Florentino Peres və Enrique Riquelme arasında gedir. Seçkilər klubun idarəçilik kursu və gələcək strategiyası baxımından böyük maraqla izlənilir.
COPE-nin yaydığı nəticələr hələlik ilkin məlumat xarakteri daşıyır. “Real Madrid” prezident seçkilərinin rəsmi nəticələrinin bu gecə açıqlanacağı gözlənilir.







