Dünya birjalarında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.
EDnews xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metallar ucuzlaşıb.
Məlumata görə, qızılın bir troya unsiyasının qiyməti 139,7 ABŞ dolları azalaraq 4 365,3 ABŞ dolları təşkil edib.
Gümüşün qiyməti isə 4,87 ABŞ dolları ucuzlaşaraq 69,1 ABŞ dollarına bərabər olub.






