Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
EDnews-a neft bazarındakı mənbədən verilən məlumata görə, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,62 ABŞ dolları və ya 3,47 faiz azalaraq 100,78 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 98,79 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 3,59 ABŞ dolları və ya 3,52 faiz azalaraq 98,39 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində 1 barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin — SOCAR-ın payı 31,65 faizdir.







