İtaliyalı məşqçi Vinçentso İtalyano “Beşiktaş”la müqavilə imzalamaq üçün İstanbuldadır.
EDnews xəbər verir ki, İstanbul təmsilçisi italiyalı mütəxəssislə danışıqları yekunlaşdırmağa hazırlaşır.
Məlumata görə, tərəflər arasında razılaşmanın qısa müddətdə rəsmiləşdirilməsi gözlənilir. İtalyanonun “Beşiktaş”da baş məşqçi postuna gətirilməsi klubda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Qeyd edək ki, Vinçentso İtalyano daha əvvəl İtaliyada müxtəlif klublarda çalışıb və taktiki yanaşması ilə diqqət çəkib.



.jpg)


.jpg)
.png)