Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsindən azad edilib.
EDnews xəbər verir ki, Akif Əlizadə uzun illər sözügedən elmi müəssisəyə rəhbərlik edib. Açıq mənbələrdə onun 1976-cı ildən institutun direktoru olduğu, 2019-cu ildə isə yenidən Geologiya və Geofizika İnstitutunun direktoru seçildiyi qeyd olunur.
Akif Əlizadə Azərbaycanın tanınmış geoloq alimlərindəndir. O, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür. Alimin elmi fəaliyyəti əsasən paleontologiya, stratiqrafiya və geologiya sahələri ilə bağlıdır.
Qeyd edək ki, Akif Əlizadə 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib və bir müddət bu vəzifəni də icra edib. Onun rəhbərliyi ilə Azərbaycan geologiyasına dair bir sıra fundamental elmi nəşrlərin hazırlandığı bildirilir.
.png)
.png)
.png)

.png)


.png)