Diplomatik xidmət orqanı əməkdaşının vəfat etməsi, xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi halında onun xidmətinə xitam veriləcək və vərəsələrinə müavinət ödəniləcək.
EDnews APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni 30.1.14-cü maddədə əksini tapıb.
Dəyişikliyə əsasən, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
.png)
.png)
.png)


.png)


.png)