Medianın İnkişafı Agentliyi Azərbaycan ərazisinin İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı istifadə olunması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
EDnews xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, iyunun 5-də “Middle East Eye” və “Haaretz” nəşrlərində dərc olunan, İsrailin İranla müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialar əsassızdır.
Məlumata görə, bu iddialar heç bir fakta əsaslanmır və kobud manipulyasiya nümunəsidir.
MEDİA qeyd edib ki, sözügedən məlumatlar dezinformasiya xarakteri daşıyır.
Agentlik vurğulayıb ki, bu cür iddialar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa yönəlib.
Bildirilib ki, belə məlumatların yayılması regionda əlavə gərginlik formalaşdırmaq məqsədi daşıyır.
Medianın İnkişafı Agentliyi bu cür əsassız iddiaların yayılmasını məsuliyyətsiz informasiya siyasətinin təzahürü kimi qiymətləndirib.
Qurum qeyd edib ki, bu cür məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir.






.jpg)
