BMT Xəzər dənizinin sahil xəttinin sürətlə geri çəkildiyini bildirib.
EDnews xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, Xəzər dənizində su səviyyəsinin azalması artıq region üçün ciddi ekoloji və sosial-iqtisadi çağırışa çevrilib.
Alimlər hesab edirlər ki, yaxın 50 ildə Xəzərdə su səviyyəsinin enməsi davam edə bilər. Bu proses Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan da daxil olmaqla beş sahilyanı ölkədə milyonlarla insanın həyatına və dolanışığına təsir göstərə bilər.
Mütəxəssislərin fikrincə, Xəzərin dayazlaşması sahilyanı ərazilərdə yaşayış məntəqələrinə, liman infrastrukturuna, balıqçılığa, kənd təsərrüfatına və turizm sektoruna mənfi təsir göstərə bilər. Su səviyyəsinin azalması həmçinin dənizin unikal ekosistemi, o cümlədən balıq ehtiyatları və sahilboyu biomüxtəliflik üçün ciddi risklər yaradır.
BMT-nin qiymətləndirməsinə görə, iqlim dəyişikliyi və temperaturun artması nəticəsində buxarlanmanın çoxalması Xəzər dənizində su səviyyəsinin azalmasını sürətləndirən əsas amillərdən biri hesab olunur.
.jpeg)





.jpg)
