Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis ölkəsinin milli hüquq və maraqları ilə bağlı sərt açıqlama verib.
EDnews xəbər verir ki, Gerapetritis Yunanıstanın milli maraqlarından heç bir halda güzəştə getməyəcəyini bildirib.
“Milli hüquqlarımızdan və maraqlarımızdan əsla geri çəkilmərik”, — deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Yunanıstanın əlində hazırda milli maraqlarının təhlükə altında olduğunu gördüyü anda istifadə edə biləcəyi ciddi geosiyasi imkanlar mövcuddur.
Gerapetritis dəniz sahəsində atılan birtərəfli addımlara da münasibət bildirib. O vurğulayıb ki, bu cür təşəbbüslər heç bir hüquqi nəticə doğurmur və regionda faktiki vəziyyət yaratmaq üçün əsas ola bilməz.
“Dəniz sahəsində birtərəfli təşəbbüslər heç bir hüquqi nəticə doğurmaz”, — deyə Yunanıstan XİN rəhbəri əlavə edib.







