İsraildə müharibə tərəfdarı seçicilər atəşkəs qərarına görə Baş nazir Benyamin Netanyahunu tənqid edirlər.
EDnews xəbər verir ki, İsraildə bir qrup seçici hökumətin atəşkəs qərarından narazıdır.
Onlar müharibənin davam etdirilməsinin tərəfdarı olduqlarını bildirir və Netanyahunun bu qərarı ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə qəbul etdiyini iddia edirlər.
Narazı seçicilərin fikrincə, Netanyahu atəşkəsə razılıq verməklə Vaşinqtonun mövqeyinə uyğun hərəkət edib. Bu isə İsrail daxilində, xüsusilə savaş tərəfdarları arasında ciddi etirazla qarşılanıb.







