İranda Qurban bayramı münasibətilə 2 mindən çox məhbusun əfv edildiyi və ya cəzasının yüngülləşdirildiyi bildirilib.
EDnews xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Məlumata görə, İranın Ali Lideri Müctəba Xamenei şiələrin Qurban bayramı münasibətilə 2 mindən çox məhbusla bağlı qərar qəbul edib.
Qərara əsasən, həmin məhbusların bir qisminin əfv olunduğu, digərlərinin isə cəzalarının yüngülləşdirildiyi bildirilib.
Qeyd olunur ki, bu cür əfv qərarları adətən dini bayramlar və əlamətdar günlər münasibətilə verilir.







