İqtisadiyyat nazirinin müavini Azər Bayramov Böyük Britaniya Kralının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı David Rid ilə görüş keçirib.
EDnews xəbər verir ki, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ticarət, investisiya, enerji, rəqəmsal iqtisadiyyat və digər sahələrdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.







