Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.
EDnews xəbər verir ki, Brent markalı xam neftin qiyməti iyunun 3-də 97 dolları ötüb. “Trading Economics”in məlumatına görə, Brent nefti gün ərzində 97,13 dollar/barel səviyyəsinə yüksəlib. Bu, əvvəlki günlə müqayisədə təxminən 1 faizdən çox artım deməkdir.
Neft qiymətlərində bahalaşmaya Yaxın Şərqdə davam edən gərginlik, İranla bağlı risklər və enerji tədarükünə dair narahatlıqlar təsir göstərib. Agentlik Brent neftinin 96,81 dollar, ABŞ-ın WTI markalı xam neftinin isə 94,67 dollar ətrafında ticarət olunduğunu bildirib.







