“Abşeron” yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının yaxın aylarda veriləcəyi bildirilir.
EDnews xəbər verir ki, bunu XRG-nin Azərbaycan üzrə rəhbəri Tolqa Demir açıqlayıb.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizindəki payın alınması prosesi tamamlanmaq üzrədir. Tolqa Demir qeyd edib ki, “Abşeron” yatağı şirkətin Azərbaycandakı enerji strategiyasının əsas hissəsini təşkil edir.
Hazırda “Abşeron” yatağında SOCAR və “TotalEnergies” ilə birgə gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilir.
Yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının qəbul edilməsi layihənin növbəti mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır. Bu addım həm Azərbaycanın qaz hasilatı potensialının artırılması, həm də regional enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından vacib hesab olunur.







