ABŞ Prezidenti Donald Tramp NBC News kanalında Kristen Welkerin aparıcılığı ilə yayımlanan proqramda qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
EDnews xəbər verir ki, Tramp müsahibə zamanı aparıcını sərt ifadələrlə tənqid edib və daha sonra yayını tərk edib.
“Ya əxlaqsızsan, ya da axmaqsan. Əxlaqsızsan. ABC, CBS və CNN də belədir”, — deyə Tramp bildirib.
ABŞ liderinin bu sözləri Amerika mediası ilə Ağ Ev arasında münasibətlərin yenidən gərginləşməsi fonunda səslənib. Son günlər Trampın bir sıra aparıcı media qurumlarını, o cümlədən CNN və CBS-i hədəf alan açıqlamaları ABŞ ictimaiyyətində müzakirələrə səbəb olub.




.jpg)



.jpg)