Saat 17:00-a olan məlumata görə, Ermənistan parlament seçkilərində seçici fəallığı 48,92% təşkil edib.
EDnews Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Jirayr Karapetyan məlumat verib.
Seçkilərdə iştirak etmək hüququ 2 milyon 503 min 976 vətəndaşa məxsusdur ki, onlardan 1 milyon 224 min 957 nəfəri artıq səs verib.
Xüsusilə, İrəvanda seçici fəallığı 48,52% (412 168 nəfər) təşkil edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri keçirilir.

.jpg)





