Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya səfər etməyi düşündüyünü bildirib.
EDnews Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir deyib :
"Mən Moskvaya, Vaşinqtona və Brüsselə səfər edəcəyəm. Artıq demişəm ki, Bakıda keçiriləcək" Avropa Siyasi Birliyi"nin sammitində iştirak edəcəyimə ümid edirəm. Biz beynəlxalq münasibətlərimizi tam şəkildə inkişaf etdirmək niyyətindəyik".
Paşinyan həmçinin Rusiya ilə münasibətlərdə gərginlik barədə danışılanları "süni" adlandırıb.


.jpg)





